Lerikdə baş verən qəzada iki nəfər xəsarət aldı

Hadisə

01.12.2024 03:46

Lerikdə yol nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki,  hadisə Lənkəran-Lerik magistralında, Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.


Hərəkətdə olan nəqliyyat vasitəsinin aşması nəticəsində iki nəfər Lənkəran rayon sakinləri 1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev və 1981-ci il təvəllüdlü Ramin İsa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Qəza, Lerik, Lənkəran, Xəsarət, Günəşli, todaypress.az,