Lənkəranda təcili yardım avtomobili qəzaya düşdü, yaralılar var
Hadisə
27.11.2024 04:28
Astaradan Lənkərana xəstə gətirən təcili
tibbi yardım avtomobili qəzaya düşüb.
TodayPress xəbər verir ki, hadisə Lənkəran rayonunun Digah
kəndi ərazisində baş verib.
Belə ki, təcili tibbi yardım avtomobili Lənkəran rayon,
Şağlaküçə kənd sakini Şərifzadə Natiq Balakişi oğlunun idarə etdiyi avtomobillə
toqquşub.
Nəticədə təcili yardımda olan xəstə Astara rayon sakini,
1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova, xəstənin yaxınları 1977-ci il
təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif
oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına
çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
tag: Astara, Yardım, Lənkəran,Qıza, todaypress.az,