Lənkəranda qadın dəm qazından boğularaq öldü

Hadisə

27.12.2024 20:44

Lənkəranda qadın dəm qazından boğularaq ölüb.

TodayPress xəbər verir ki, hadisə rayonunun Səpnəkəran kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə dəm qazından boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

tag: Lənkəran, Dəm Qazı, Zəhərlənmə, Yaralı , todaypress.az,