Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs saxlanıldıı
Hadisə
03.10.2024 09:39
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 57 yaşlı Əlövsət Cavadov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TodayPress-ə verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, Ə.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
tag: DİN, Lənkəran, Çətənə Kolu ,Araşdırma ,Cinayət, todaypress.az,