Lənkəranda kütləvi dava oldu, bıçaqlanan var
Hadisə
29.10.2024 04:32
Lənkəranda
kütləvi davada bir nəfər bıçaqlanıb.
TodayPress
xəbər
verir ki, gənclər arasında kütləvi dava axşam saatlarında Lənkəran rayonunun
Ürgə kəndi ərazisində baş verib. Kütləvi davada Lənkəran rayon Nərimanabad
qəsəbə sakini 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.
Digər
şəxslər; Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü
Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib
oğlu Əhmədzadə, Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu
Əlizadə və Lənkəran rayon Boladi kənd sakini 2004-cü il təvəllüdlü Əli Elçin
oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon
mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Bıçaqlanan
Z.Səfərzadə əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları
dəqiqləşdirilir.
DİN-in
Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun
sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş
həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Faktla
bağlı araşdırma aparılır.
tag: Lənkəran, Bıçaqlama, DİN, Polis, todaypress.az,