Lənkəranda ikimərtəbəli yaşayış evi yandı
Hadisə
22.12.2024 00:23
Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb.
TodayPress xəbər verir ki, hadisəsi
rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.
Səxavət Rzayevə məxsus ikimərtəbəli yaşayış evində baş
verən yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat
daxil olub.
Dərhal hadisə yerinə iki yanğınsöndürən maşın və şəxsi
heyət cəlb edilib.
Ümumi sahəsi 360 kvadratmetr sahəsi olan yaşayış
evinin dam örtüyü və ikinci mərtəbədə bir otaq yanıb. Alovun qarşısı alınıb,
binanın qalan sahəsi yanğından mühafizə olunub.
Yanğının səbəbi araşdırılır.
tag: Yanğın, Lənkəran, Bina, FHN, todaypress.az,