Lənkəranda iki nəfər dəm qazından zəhərləndi

Hadisə

18.12.2024 06:04

Lənkəranın Boladi kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri yeniyetmədir.

TodayPress xəbər verir ki, zəhərlənənlər kənd sakinləri 1965-ci il təvəllüdlü Nuriyyə Balağa qızı Əhədova və 2008-ci il təvəllüdlü F.Əhədovadır.

 

Hər iki şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.

 

tag: Lənkəran, Dəm Qazı, Zəhərlənmə, Yaralı , todaypress.az,