Lənkəranda balıq tutan 32 yaşlı kişini "tok" vurub öldürdü
Lənkəranda kişini elektrik cərəyanı vuraraq öldürüb.
TodayPress-in xəbərinə görə, hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.
Rayon sakini 32 yaşlı Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib.
Bildirilib ki, balıq tutub çayı keçərkən qırmağı yüksək gərginlikli elektrik xətlərinə toxunub. X.Əlizadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Lənkəran, Balıq, Tok, Cərəyan, Girdəni, todaypress.az,