Lənkəranda 32 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Hadisə

12.06.2024 14:50

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

TodayPress xəbər verir ki, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində internet provayderlərindən birinin əməkdaşı, rayonun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən yüksəkgərginlikli elektrik xətlərinə toxunub. Bu zaman yüksəkgərginlikli cərəyan onu yerə çırpıb.

C.Həsənov ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkimə qədər ölüm faktı qeydə alınıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

tag: Lənkəran, ölüm, Hadisə, Gərmətük kəndi, Cərəyan, todaypress.az,