Kürdəmirdə oğurluq edən şəxs saxlanıldı - FOTO
Hadisə
02.11.2024 11:20
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə törətdiyi oğurluq əməllərinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Röyal Məmmədyarov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan TodayPress-ə verilən məlumata görə, həmin şəxs bir müddət əvvəl daxil olduğu mağazalarda quraşdırılan ödəmə terminallarını sındıraraq ümümilikdə 3000 manatdan artıq nağd pul, 2000 manat dəyərində spirtli içki və tütün məmulatları oğurlayıb.
R.Məmmədyarov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
tag: Kürdəmir, Polis, Oğurluq, Qanun, Araşdırma, todaypress.az,