Kürdəmirdə mikroavtobus aşdı, beş nəfər xəsarət aldı
Hadisə
20.11.2024 20:44
Kürdəmirdə yol qəzasında beş nəfər xəsarət
alıb.
TodayPress xəbər verir ki, hadisə Bakı-Qazax əsas
magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı mikroavtobus həmin
yolda hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Qəza zamanı 5 nəfər - Göyçay sakinləri, 17 yaşlı Şəfa
Bəkirov, 68 yaşlı Süleyman Rəhimov, 18 yaşlı Nərmin Ələkbərova, Bakı şəhər
sakini Nəzakət Məmmədova və Yaqubov Dmitri Nubaxoviç müxtəlif dərəcəli ağır
bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi
ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə
götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
tag: Qəza, Kürdəmir, Göyçay, Mercedes, Mikroavtobus, todaypress.az,