Kürdəmirdə göldə bir nəfər batdı
Hadisə
27.06.2024 17:33
Kürdəmir rayonunun Təklə kəndində göldə bir nəfər batıb.
Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Təklə kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda axtarış işləri həyata keçirilir.
tag: Kürdəmir, Təklə Kəndi, FHN, Batmaq, Xilasetmə, todaypress.az,