Kürdəmirdə avtomobil yuvarlanaraq aşdı – 3 nəfər öldü
Hadisə
19.06.2024 12:30
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Umudov Əflatun Əflan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəyli kəndi ərazisində aşıb.
Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb.
Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.
Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.
Sürücü Umudov Əflatun ağır vəziyyətdə Bakıya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Kürdəmir, Yol-Nəqliyyat, Mercedes avtomobil, Ölüm, todaypress.az,