Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü

Hadisə

27.07.2024 20:00

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, rayonun Bakı prospektində, 1988-ci il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov idarə etdiyi "FORD" markalı mikroavtobusla geriyə hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.

Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. İsrafilov rayon avtovağzalının müdiri vəzifəsində çalışırmış. Fakt araşdırılır.

tag: Kürdəmir, Piyada, Avtomobil, Avtovağzal, todaypress.az,