Kürdəmirdə ağır yol qəzası oldu, yaralananlar var
Hadisə
01.10.2024 02:34
Kürdəmir
rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş
yol-nəqliyyat hadisəsində altı nəfər yaralanıb.
TodayPress xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Xırdapay kəndi
ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki,
"Mercedes" markalı minik avtomobili yolundan çıxaraq Gəncə
istiqamətində hərəkət edən "KamAZ" markalı yük maşını ilə toqquşub.
Nəticədə
"Mercedes"in ağır xəsarət alan sürücü və sərnişinləri Kürdəmir rayon
Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı
araşdırma aparılır.
tag: Bakı- Qazax, Gəncə,Mercedes, Qəza, Nişan,