Kürdə batan 3 nəfərin axtarışları 4 gündür davam edir

Hadisə

06.06.2024 17:58

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndindəki körpüdən Kür çayına düşən 3 nəfərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən TodayPress-ə verilən məlumata görə, çayda batdığı ehtimal olunan şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarılır.

Bildirilib ki, Tovuz sakinləri 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlu,1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlu və 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə intensiv şəkildə davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində maşında 4 nəfər olub. Onlardan biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.

tag: Kür, Tovuz, Hunan kəndi, Axtarış, todaypres.az,