Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batdı

Hadisə

19.02.2025 21:35

1528

Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.

TodayPress xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğludur. Hər iki şəxsin balıqçı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Kür, Samux, Boğulma, FHN, Ölüm, todaypress.az,