Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alındı
Hadisə
26.11.2024 19:57
Dövlət Gömrük Komitəsi (DGK) külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb.
TodayPress xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda-ümumilikdə 7 565 ampula, 1 781 flakon, 10 207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1 238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.
Həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
tag: DƏrman,Qanunsuz,DGK,Əməliyyat,İstintaq,todaypress.az,