Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Hadisə

25.11.2024 21:45

Milli Hidrometeorologiya Xidməti noyabrın 26-sı axşam, 27-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən TodayPress-ə bildirilib ki, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


tag: Ekologiya, Hava, Proqnoz,Gəncə, todaypress.az,