Külək Goranboyda fəsadlar törətdi

Hadisə

09.10.2024 01:54

Goranboyda küləkli hava şəraiti səbəbilə iri gövdəli ağaclar aşıb, bir neçə kəndin elektrik enerjisində fasilələr yaranıb.

TodayPress xəbər verir ki, Goran-Naftalan avtomobil yoluna iri gövdəli ağac aşıb.


Nəticədə ağacın iri budaqları avtomobil yoluna düşdüyündən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Küləkli hava şəraiti səbəbilə rayonun bir neçə kəndlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürür.

 

tag: Goranboy, Naftalan, Külək, Elektrik, Avtomobil, todaypress.az,