Küçə itlərinin hücum etdiyi uşağın vəziyyəti AÇIQLANDI
Aprelin 8-də 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub. Onlardan 5-i xəstəxanadan evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 8-də saat 18:00 radələrində it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən 2020-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi davam etdirilir.
Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Töhfə Səməd
tag: TƏBİB,Quduz İt,Dişləmə,Xəstə,Müalicə,Todaypress.az,