Körpüdə qadını avtomobil vurdu
Hadisə
06.12.2024 04:21
Bakının Nizami rayonunda “Əzizbəyov” körpüsündə qadını maşın vurub.
TodayPress xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki,
“Əzizbəyov” körpüsünün üzərində 1989-cu il təvəllüdlü Abbasova Pərvin Mahir
qızı yol kənarı ilə hərəkət edərkən onu minik avtomobili vurub.
Yaralı Sabunçu
Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində
araşdırma aparılır.
tag: Piyada, Avtomobil, Körpü, Qəza, Əzizbəyov, todaypress.az,