Kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanıldı

Hadisə

13.05.2025 14:52

16

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şəxslərin rabitə dirəklərindən 18000 manat dəyərində 4995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov  barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

tag: DİN,Polis,Oğru,Həbs,Todaypress.az,

photo