Köməksiz vəziyyətdə qalan sakinlər xilas edildi

Hadisə

15.05.2025 09:35

32

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə iki halda paytaxtın Xətai rayonunun Cavanşir küçəsində, bir halda isə Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər. 

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.

https://www.youtube.com/watch?v=3t6SMaXDsgw

tag: FHN,YArdım,Sakinlər,Lift,Todaypress.az,