Köhnə Ələt-Astara yolunda qəza oldu - Xəsarət alan var

Hadisə

20.11.2024 03:12

Köhnə Ələt-Astara avtomobil yolunda qəza olub. 

TodayPress xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, Rövşən Şəbiyev idarəetdiyi "VAZ 2106" minik avtomobilin maneəyə çırpıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

 

tag: Biləsuvar, Qəza, Xəsarət, VAZ-2106, Ələt-Astara, todaypress.az,