Kirayə qaldığı evin əşyalarını satdı
Hadisə
02.11.2024 20:34
Abşeron
rayon sakini polisə ərizə ilə müraciət edərək kirayə verdiyi evdə yaşayan
şəxsin həmin evdən 2000 manat dəyərində məişət əşyalarının oğurlanmasını
bildirib.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Daxil olmuş müraciət
əsasında araşdırma aparan Abşeron Rayon Polis İdarəsi əməkdaşları oğurluq
əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş
M.Əsgərzadəni müyyən edərək saxlayıblar.
Faktla bağlı
araşdırma aparılır.
tag: Ev,Kirayə, Dələduzluq, DİN, Polis, todaypress.az,