“Kiber talamalara qarşı diqqətli olun” – Polis maarifləndirmə işlərini davam etdirir
Kibercinayətlarlığa qarşı mübarizə işinin daha da gücləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən Ağsuda silsilə tədbirlər təşkil olunub.
TodayPress xəbər verir ki, bu barədə rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri ilə maarifləndirici görüşlər keçirilib, internet resursları üzərindən törədilən cinayətlərlə bağlı onlara ətraflı məlumat verilib.
Həmçinin bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. Sakinlərə izah olunub ki, özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərə inanaraq kart məlumatlarını onlara göndərməməli, sosial şəbəkələrdə dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar.
Vətəndaşlarımızın kiber üsullarla törədilən cinayətlərdən zərər görməməsi üçün bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
tag: Kiberhücum,Polis,Monitorinq,Cinayət,todaypress.az,

