Kəlbəcərə icazəsiz keçmək istəyən şəxslər saxlanıldı

Hadisə

10.07.2024 11:28

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat yayılıb. 

Belə ki, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Toplanmış material qərar verilməsi üçün məhkəməyə göndərilib.

tag: Kəlbəcər, Polis, Daşkəsən, Gəncə, İcazəsiz,Məhkəmə, todaypress.az,