Kəlbəcərdə yük avtomobili aşdı, ölən və xəsarət alan var
Hadisə
12.09.2024 08:55
Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi olub.
TodayPress-in məlumatına görə, hadisə Kəlbəcər rayon Qamışlı kəndində qeydə alınıb.
Yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər ağır bədən xəsarəti alıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü İ. Qasımov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
tag: Kəlbəcər,Ölüm, Daşkəsən, Avtomobil ,Hadisə ,todaypress.az,