Kəlbəcərdə avtomobil aşdı, ölən var

Hadisə

14.04.2025 15:32

13

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

TodayPress xəbər verir ki, 99-NK-848 dövlət nömrə nişanlı "Nissan Pathfinder" markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü Şahverdiyeva İlahə Rəsul qızı ölüb. 

Qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir.

O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.

tag: Kəlbəcər,Qəza,HAdisə,Ölüm,Todaypress.az,