Kəlbəcərdə 3 nəfər mina partlayışında yaralandı
Hadisə
19.07.2024 23:27
İyulun 19-da Kəlbəcər
rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi
baş verib.
TodayPress xəbər verir ki, bu
barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə
Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat
yayıb.
Hadisə nəticəsində 1969-cu il
təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət,
onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə
oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.
Daha sonra hadisə yerinə
onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci
minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Kəlbəcər rayon
prokurorluğunda araşdırma aparılır.
Bir daha vətəndaşlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırıq!
tag: Mina, Kəlbəcər, ANAMA, Partlayış, todaypress.az,