Kəlbəcərdə 1 tondan çox çətənə bitkisi məhv edildi
Hadisə
18.06.2024 17:10
Kəlbəcərdə yabanı halda bitən 1 ton 352 kq çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan TodayPress-ə verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə şəhər ərazisində yabanı halda bitən 1 ton 352 kq 3518 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.
tag: DİN, Xaş-xaş 2024, Gəncə,Hadisə, todaypress.az,