Keçmiş məhkum oğurluq etdiyinə görə saxlanıldı

Hadisə

11.04.2025 12:59

8

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 2500 manat pul və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Namazov müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat, 300 dollar pul vəsaiti, 4500 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və 3 mobil telefonu oğurlaması da müəyyənləşdirilib.

Araşdırmalar aparılır.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,