Kanalizasiya quyularının qapaqlarını oğurlayanlar saxlanıldı - FOTOLAR

Hadisə

29.09.2024 13:15

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb. 

Bu barədə  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress-ə  məlumat verilib. 

Bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.  Digər əməliyyat zamanı ahıl qadının bank kartından oğurluqda şübhəli bilinən Bakı sakini Səbuhi Zülfüqarov da saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

tag: Şəki,Oğurluq,Hadisə,Kanalizasiya,Todaypress.az,

photo
photo