Kahramanmaraşda Azərbaycan məktəbi istifadəyə verildi
Hadisə
12.09.2024 05:05
TodayPress xəbər verir ki, açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin iştirak edib.
Məktəbin
təməl daşının qoyulması mərasimi 2023-cü ilində aprelində baş tutub.
Üçmərtəbədən ibarət məktəb binasında fiziki məhdudiyyəti olan uşaqların da
təhsil alması üçün şərait yaradılıb. Məktəbdə tədris materialları ilə təchiz
edilən 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün 1 musiqi otağı,
rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat
və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1
kitabxana və 1 idman zalı faliyyət göstərəcək.
Məktəbin
girişində Heydər Əliyevin və Mustafa Kamal Atatürkün təsvirləri olan
abidə ucaldılıb.
Kahramanmaraş
Təhsil İdarəsinin müdiri Erhan Baydur deyib ki, fəlakət zonasının sakinləri
böyük zəlzələdən sonra ilk gündən dost Azərbaycanın yardım əlini hiss edirlər.
O, "Azərbaycan məhəlləsi" layihəsi çərçivəsində Kahramanmaraşda
Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin tikintisini yüksək
qiymətləndirib.
"Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə
Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb,
uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”
imzalanıb.
Sazişə
əsasən ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib.
Layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1320 mənzildən ibarət 71 evin tikintisi
nəzərdə tutulub.
Kahramanmaraşda
sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan
hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil
İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir.
"Azərbaycan”
yaşayış massivinin ümumi sahəsi 32 (320) hektardır.
Layihənin
100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa
olunacaq.
tag: Türkiyə, Azərbaycan, Universitet,Emin Ənrullayev,todaypress.az,