Jurnalist Ülviyyə Əli həbs olundu

Hadisə

07.05.2025 16:42

16

Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar çıxarıb.

Onun barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir.

Ona Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xatıırladaq ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurnal Qəhrəmanlı (Libre) həbs olunub.

tag: Jurnalist,Ülviyyə Əli,Məhkəmə,Həbs,Todaypress.az,