İsmayıllıda “Kalaşnikov” avtomatı aşkarlandı
İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən çay kənarında odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib.
Araşdırmalar aparılır.
tag: DİN,Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,