İsmayıllıda gənc oğlanın meyiti aşkarlandı

Hadisə

19.12.2024 23:19

İsmayıllıda sanitar qovşaqda meyit aşkarlanıb.

TodayPress xəbər verir ki, hadisə İvanovka kəndində baş verib.

İyirmi yaşlı Vitali Yuryeviç Minnikovun meyiti yaşayış evinin həyətində evdən ayrı tikilmiş sanitar qovşaqda atası tərəfindən aşkarlanıb.

Mərhumun nədən öldüyü hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

tag: İsmayıllı, İvanovka, Ölüm, Meyit, todaypress.az,