İrandan dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alındı
Hadisə
09.10.2024 12:00
İrandan dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə TodayPress-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi sayda 10 020 ədəd satışı qadağan olunmuş CYTOTEK dərman vasitəsinin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
tag: Əməliyyat ,Dövlət Sərhəd Xidməti ,Azərbaycan,Dərmanlar ,Qaçaqmalçılıq ,todaypress.az,