İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı
Hadisə
08.08.2024 14:34
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə TodsayPress-ə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
tag: Azərbaycan,İran, Dövlət Sərhəd Xidməti, Narkotik, İstintaq, todaypress.az,