İnsident törədən idmançılar saxlanıldı
Hadisə
05.01.2025 11:01
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
tag: Xuliqanlıq,Xətai,Cinayət,İdmançı,Todaypress.az,