İmişlidə yol qəzası oldu, xəsarət alanlar var
Hadisə
24.07.2024 20:46
İmişli rayonunda bir neçə şəxsin
xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
TodayPress xəbər verir ki,
hadisə rayonun Qulubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mitsubishi” markalı
minik avtomobili və “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində üç
nəfər xəsarət alıb.
Xəsarət alanlar - İbrahim
Nizami, Atamoğlan Məmmədov və Nofəl Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: İmişli,Yol qəzası, Qulubəyli, Hadisə, todaypress.az,