İmişlidə məktəblilərin ölümü ilə bağlı cinayət işi açıldı
Hadisə
18.01.2025 16:59
Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluqdan TodayPress-ə bildirilib.
Bildirilib ki, faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, İmişli rayonu ərazisində Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq ölüb.
tag: Baş Prokurorluq, Hadisə, Cinayət işi, Cəmiyyət, Xəbər, todaypress.az,