İmişlidə ağır qəza ölümlə nəticələndi
Hadisə
03.07.2024 01:35
İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində piyada aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
TodayPress xəbər verir ki, qəza saat 23 radələrində
Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndi ərazisində
qeydə alınıb. 99-GA-052 dövlət nömrə nişanlı "Toyotta Corolla"
markalı minik avtomobilinin vurduğu piyada Şükürov Elbrus Adəm oğlu aldığı xəsarətlər
nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: todaypress.az,İmişli, Qəza, Rəsullu, Piyada,