İdman zalında ölüm hadisəsi baş verdi
Hadisə
14.12.2024 04:11
Bakının
Xətai rayonunda idman zalında ölüm hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən
"Hədəf" idman klubunda qeydə alınıb.
Belə
ki, məşq zamanı yeniyetmə idmançılardan birinin digər idman yoldaşına tətbiq
etdiyi fənd digərinin boğulmasına səbəb olub.
Əraziyə təcili tibbi yardım çağırılsa da, boğulma təhlükəsi ilə üzləşən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.
tag: Xətai, Bakı, İdman, Ölüm, Fənd,Yeniyetmə, todaypress.az,