Horadizdə ağır yol qəzası oldu, iki nəfər öldü

Hadisə

03.07.2024 10:01

Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 54-cü kilometrində iyulun 2-də ağır yol qəzası olub.

TodayPress xəbər verir ki, Ağayev Məcid Şahlar oğlu idarə etdiyi "Lada Priora” markalı avtomobildə Bəhramtəpə qəsəbəsi istiqamətində idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində sürücü və sərnişin Əhilov Nəsimi Novruz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

tag: Horadiz, Qəza, Bəhrəmtəpə, Avtomobil, İstintaq, todaypress.az,