Hikmət Hacıyevə ağır itki
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ağır itki üz
verib.
TodayPress
xəbər
verir ki, Hikmət Hacıyevin atası Fərhad Hacıyev axşam saatlarında
dünyasını dəyişib. Məlumata görə, 87 yaşlı F.Hacıyev ürəktutmadan vəfat
edib.
Qeyd
edək ki, Fərhad Hacıyev sabah Gəncədə dəfn olunacaq.