Heydər Əliyev prospekti qəza oldu, sıxlıq yarandı
Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.
tag: DİN,Qəza,Hadisə,Kəsişmə,Todaypress.az,
