Həsən Kürün son durumu açıqlandı

Hadisə

03.03.2025 16:38

911

İntihara cəhd edən şair Həsən Kürün vəziyyəti açıqlanıb.  

Sabunçu xəstəxanasının mətbuat xidmətindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti ağır-stabildir.     

Qeyd olunub ki, hazırda onun müalicəsi davam etdirilir. 

Xatırladaq ki, Həsən Kür özünü fevralın 22-də Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.   

Aysel Mətləb

tag: İntihar,Şair,Həsən Kür,Xəstə,Sabunçu ,todaypress.az,