Hacıqabulun üç kəndini sel suları basdı

Hadisə

06.05.2025 23:34

20

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

TodayPress xəbər verir ki, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

tag: Hacıqabul, Sel,Yağış, Su, Əhali, todaypress.az,